left Heydər Əliyev Muzeyi right
 
 
left right
left Menyu right
 
 
left right
    Az     En     Ru

Linklər

Əlaqə

 

TƏBİƏT

      

        Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir.   

         Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin 1/3-i Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad) təşkil edir. 200-dən çox mineral su bulağı (Darıdağ, Badamlı, Sirab, Vayxır və sair) var. Illik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir. Muxtar respublikada ümumi uzunluğu 1,8 min kilometr olan 400 böyük və kiçik çay vardır.  

 

 

 

 

   

         Naxçıvan Muxtar Respublikasında iqlim tipi əsasən quraq və kontinentaldır. Florası çox zəngindir. 2782 ali bitki növü vardır və zəngin heyvanlar aləminə malikdir. malikdir.

        Geoloji quruluş və faydalı qazıntılar - Naxçıvan Muxtar Respublikası geoloqların və səyyahların diqqətini hələ 18-ci əsrin ortalarından cəlb etmişdir. Faydalı qazıntı  sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərnin tapılması Naxçıvan ərazisində hələ qədim vaxtlardan duz, mərgmüş, mis, qızıl, kükürd və s. çıxarıldığını göstərir: orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları – “Cavahirnamə” yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi 18-ci əsrin 2-ci yarısından başlanmışdır. Ərazinin  müntəzəm öyrənilməsi Naxçıvan Muxtar Respublikası yarandıqdan sonrakı dövrə aiddir.

        Muxtar Respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər çökmə, yerüstü vulkanların püskürmə qatlarından təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 mln. illik geoloji tarixini bərpa etməyə imkan verir. Çökmə süxurlar qatında geniş yayılmış məmulat daşları, tikinti daşları və şüşə məmulatı yerli sənaye üçün əhəmiyyət kəsb edir.

            Naxçıvanın əsas filiz yataqları aşağıdakılardır:

1. Pyazbaşı qızıl yatağı

Bu yataq Ordubad rayonu ərazisində yerləşir. Pəzməri kəndindən 4 km şimal-qərbdə, 1800-2700 metr hündürlükdədir. Əsas filiz mineralları pirit, xalkopirit, bornit, malaxit və sərbəst qızıldır. Filizlərdə qızılın miqdarı 1,0-1,9 q/t, mis 0,1-1,8 %-dir.

Yataq istismara cəlb oluna bilər.

 2. Göydağ mis-porfir yatağı

Bu yataq Culfa rayonundadır. Başkənddən 2 km cənub-şərqdə, dəniz səviyyəsindən 2050-2000 m hündürlükdədir. Filizlərdə misin və molibdenin yayılması qeyri-bərabərdir və mis 1-2,7%, molibden 0,01-0,08 %-dir. Əsas filiz mineralları pirit, xalkopirit, falerit, qalenit, molibdenit və misin törəmə minerallarından ibarətdir.

Yataq istismara cəlb oluna bilər.

 3. Diaxçay mis - porfır yatağı

Bu yataq Ordubad rayonundadır. Nüs-Nüs kəndinin şimal-şərqində 1,5 km məsafədə, dəniz səviyyəsindən 2000 m hündürlükdədir. İki texnoloji filiz tipi, əsasən misi və molibdeni mə'lumdur.

Ştokverk tipli filizlərdə (qalınlığı 70-100 m olmaqla 1500 m məsafədə izlənən) misin miqdarı 0,006- 2, 25%, molibden 0,01-0,31% və qalınlığı 2 m-dən 20 m-ə qədər olan şərq və cənub-şərq istiqamətlərində uzanan 55 mis-molibden filizlərində molibden 0,01-0,27%, mis 0,01-0,85%-dir. Əsas filiz mineralları pirit, xalkopirit, molibden və misin törəmə minerallarıdır.

Yataq istismara cəlb oluna bilər.

 4.  Misdağ mis-porflr yatağı

Bu yataq Ordubad rayonundadır. Ayçanqılçayın yuxarı axımında, dəniz səviyyəsindən 3000-3500 m yüksəklikdə yerləşir.

Mis-porfır filizləşməsi möhtəvi ve damar tiplidir. Filizdə mis 0,002-2,0%, molibden 0,001-0,02% təşkil edir.

Əsas fıliz mineralları pirit, xalkopirit, azurit, kovellin kuprit, malaxit, az miqdarda molibdenitdir.

         Yataq istismara cəlb oluna bilər.

5.  Ağyurd qızıl yatağı

Bu yataq Ordubad rayonundadır. Dəniz səviyyəsindən 2300-2750 m yüksəklikdə yerləşir.

         Əsas filiz mineralları pirit, xalkopirit, molibdonit, misin törəmə mineralları və xırdadispersiyalı qızıldan ibarətdir.

         Filizlərdə qızılın miqdarı 0,4-11,6 q/t, mis 0,04-1,4%, molibden 0,03-0,09% arasında dəyişir.

         Yataq istismara cəlb edilə bilər.

 6.  Yaşıllıq mis-porfir yatağı

Bu yataq Ordubad rayonunun Pəzməri kəndindən 2,4 km şimal-şərqdə, Şiladzoçayının sol yamacında yerləşir və dəniz səviyyəsindən 2200-2500 m hündürlükdədir.

         Yataq qalınlığı 300 m olmaqla 500 m məsafədə izlənir və filizlərdə misin miqdarı 0,1-1,4%, molibden 0,01-0,08%-dir.

         Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, xalkozin, bornit misin törəmə minerallarıdır.

         Yataq istismara cəlb edilə biler.

 7.  Göyhündür mis-porfir yatağı

Bu yataq Ordubad rayonu ərazisindədir. Pəzməri kəndindən 2 km şimal-şərqdə, Vənədçayın yuxarı hissəsində, dəniz səviyyəsindən 2150-2600 m yüksəklikdədir.

         Yataq qalınlığı 5,6-15 m, ümumi eni 400-500 m olmaqla 5500-1500 m məsafədə izlənir. Burada misin miqdarı 0,44-1,33%, molibden 0,001-0,5% arasında dəyişir.

         Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, kovellin, bornit, kuprit və malaxitdir.

         Yataq istismara cəlb edilə bilər.

 8. Nəsirvaz polimetal yatağı

Bu yataq Ordubad rayonunda, Nəsirvaz kəndinin ətrafındadır və dəniz səviyyəsindən 1800-2300 m yüksəklikdədir.

         Filizləşmə qərbdən-şərqə qalınlığı 60-120 m olmaqla, 2,2 km məsafədə izlənilir və sink 1,2%, qurğuşun 1,16%, mis 0,4% təşkil edir.

         Əsas filiz mineralları pirit, qalenit, sfalerit, xalkopirit, misin törəmə minerallarıdır.

         Yataq istismara cəlb edilə bilər.

 9.  Ağdərə polimetal yatağı

Bu yataq Ordubad rayonunda, Aza dəmiryol stansiyasından 25 km şimalda yerləşir. Dəniz səviyyəsindən 2100-2550 km yüksəklikdədir.

         Polimetal filizləşməsi lay, linza damar və möhtəvi tiplidir. Sənaye əhəmiyyətli fıliz lay formasındadır. Filizdə qurğuşun 6,6%, sink 8,9%, mis 1,0-dir.

         Yataq 1952-ci ildən istismara verilmişdir.

 10. Şəkərdərə qızıl yatağı

Bu yataq Ordubad rayonundadır. Rayon mərkəzindən 30 km şimal-qərbdə, dəniz səviyyəsindən 1500-2000 m yüksəklikdədir.

         Yataq şimal-qərb istiqamətdə yerləşir, qalınlığı 1,0-8,0 m olmaqla 1150 m məsafədə izlənilir. Filizlərdə qızılın miqdarı 1,4 q/t, mis 1,9%-dir.

         Əsas filiz mineralları pirit, xalkopirit, sfalerit, mis minerallarının törəmələri və sərbəst qızıldan ibarətdir.

         Yataq istismara cəlb edilə bilər.

 11.  Göy-göl mis-porfır yatağı

Bu yataq Ordubad rayonundadır. Nürgüt kəndindən 3 km şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən 2800-3554 m yüksəklikdədir.

         Ştok tipli zonaların qalınlığı 60-140 m-ə qədər olmaqla 900 m-dən 1700 m-ə qədər izlənilir və misin miqdarı 0,47-1,6%, molibden 0,01-0,05% təşkil edir.

         Əsas filiz mineralları pirit, xalkopirit, bornit, kovelmin, misin törəmə mineralları və molibdenitdir.

         Yataq istismara cəlb edilə bilər.

 12. Parağaçay molibden yatağı

Bu yataq Ordubad rayonunda, Parağa kəndi ətrafındadır. Dəniz səviyyəsindən 2300-2800 m yüksəklikdədir.

         Yataqda istismar obyekti kimi 4 kvars molibden damarı məlumdur.

         Əsas filiz mineralları pirit, xalkopirit və molibdendir. Yataq 1952-ci ildən istismara verilmişdir. Hazırda qismən istismar olunur.

 13. Gümüşlü polimetal yatağı

Bu yataq Şərur rayonunda yerləşir. Arpaçayın aşağı axınındadır. VII əsrdən mə'lumdur.

         Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineroloji tərkibi qalenit, serusit, sfalerit, smitenonit və kalamindən ibarətdir.

         Yataq 1954-cü ildən istismara verilmişdir.

 14. Darıdağ mərgümüş yatağı

Bu yataq Culfa rayonundadır. Culfa şəhərindən 8-9 km şimal-şərqdə yerləşir.

         Filiz kütləsi realqar, auripiqment, melnikovit, antimonit və pittisit minerallarından ibarətdir.

         Yataq istismara cəlb oluna bilər

            Naxçıvan MR-in ərazisində yerləşən əsas qeyri-filiz yataqları aşağıdakılardır:

          1. Buzqov travertin yatağı

Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 40 km şimal-qərbdə, Aşağı Buzqov kəndindən 2 km şimalda yerləşir. Yatağın sahəsi 0,6 kv.km olub, faydalı qatın qalınlığı 5,7-59 m-dir. Blok çıxımı 42,8% təşkil edir. Yataq 1983-cü ildən istismar olunur.

 2. Şahtaxtı travertin yatağı

Bu yataq Şərur rayonu ərazisində, Şahtaxtı kəndindən 3 km cənub-qərbdə yerləşir.

         Yataq üç sahədən ibarətdir: I sahə Şahtaxtı kəndinin şimal-şərq hissəsində, II sahə I-dən 0,7 km şimal-şərqdə, III sahə isə II-dən 1 km-ə qədər şimal-şərqdə yerləşir.

         Yatağın sahəsi 0,8 kv.km olub, faydalı qatın qalınlığı 6,5-22,7 m-dir. Blok çıxımı 30-45% təşkil edir.

         Yataq 1968-ci ildən istismar olunur.

 3.  Xələc mərmərləşmiş əhəngdaşı yatağı

Bu yataq Şərur rayonu ərazisindədir. Şərur şəhərindən 10 km cənub-qərbdə yerləşir.

         Yatağın sahəsi 0,016 kv km-dir. Faydalı qatın qalınlığı 40-70 m, ehtiyata daxil olan maksimal qalınlıq 24 m-dir. Əhəngdaşının həcm kütləsi 2,33-2,70 t\m3, Ca CO3-ün miqdarı 98% -dir.

         Yataq 1990-cı ilə qədər istismar olunmuşdur.

 4.   Qarabağlar travertin yatağı

Bu yataq Şərur rayonunda, Qarabağlar kəndindən 1 km şimal-şərqdə yerləşir.

         Yatağın sahəsi 1 kv km-dir. Faydalı qalınlığı 15-40 m-dir. Yatağın blok çıxımı 58% olub, 1 m3 blokdan 17,2 kv km üzlük plitə alınır.

         Yataq 1984-cü ildən istismar olunur.

             5.  Oğlanqala mərmərləşmiş əhəngdaşı yatağı

Bu yataq Şərur rayonu ərazisindədir. Şərur dəmiryol stansiyasından 8 km şimal-şərqdə yerləşir.

         Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətli kalsit damarları ilə kəsişir. Co-nin miqdarı 51,8% təşkil edir.

         Yataq istismara yararlıdır.

 6.  Nehrəm dolomit yatağı

Bu yataq Babək rayonundadır. Nehrəm kəndindən 10 km cənubda, Dərəşam dəmiryol stansiyasından 2 km şimalda yerləşir. Yatağın sahəsi 5 kv km-dir. Dolomitin qalınlığı 1000 m-dən çoxdur. Bu material odadavamlı xammal, yüksək möhkəmlikli çınqıl, susuzlaşdırılmış soda, şüşə istehsalı üçün yararlıdır.

         Yataq istismar edilə bilər.

 7.  Naxçıvan Daş-duz yatağı

Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 12 km şimal-qərbdə yerləşir.

         Yataqda 5 daş duz layı aşkar edilmişdir ki, bunlardan da yalnız üst hissədə yerləşən 2 lay sənaye əhəmiyyətlidir.

         Birinci lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun orta qalıqnlığı 6 m-dir. İkinci lay birinci laydan 6-9 m qalınlığında gil layı ilə ayrılır və duzun orta qalınlığı 8.6 m-dir. NaCl-un miqdarı 92-98,5% təşkil edir.

         Yataq XIX əsrin əvvəllərindən istifadə edilir.

 8.  Nehrəm Daş-duz yatağı

Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 12 km cənub-şərqdə yerləşir.

         Yataqda duz qatının qalınlığı 43-92 m arasında dəyişir.

         Duzun tərkibində NaCl-un miqdarı 78-92%-dir. Yataq susuzlaşdırılmış soda üçün öyrənilmişdir.

         Yataq istismar oluna bilər.

9.   Gömür kükürd yatağı

Bu yataq Şahbuz rayonu ərazisində, Gömür kənd ərazisində yerləşir.

           Yataq XIX əsrin 60-cı illərindən məlumdur. Yatağın kükürd ehtiyatı hesablanmadığı üçün istismara cəlb edilməmişdir.

 10. Parağaçay Andaluzit yatağı

Bu yataq Ordubad rayonundadır. Parağaçay molibden mədənindən 9 km şimalda yerləşir.

         Süxurlarda andaluzitin miqdarı 10-30%, bəzən isə 65-75% təşkil edir. Yataq 10 m dərinliyə qədər öyrənilib. Dərinliyə doğru andaluzitin miqdarı artır. İlkin hesablamalara görə andaluzitin miqdarı 0,5 mil. tondur.

         Yataq istismara cəlb oluna bilər.

         Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisinin demək olar ki, hər yerində zəngin çınqıl, qum, gil, gips yataqlarına da təsadüf edilir

         Çayları - Başlanğıcını Türkiyə ərazisindən götürən, Naxçıvanın Türkiyə və Iran Islam Respublikası ilə sərhəddini təşkil edən Araz çayı Naxçıvandan keçən ən böyük çaydır. Naxçıvan Muxtar Respublikası ərazisində 400-ə yaxın çay və çay qolları var. Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay muxtar respublika ərazisində böyük çaylar hesab olunur.

        Gölləri - Naxçıvan Muxtar Respublikasının təbii gölləri əsasən Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl, Batabatgöl, Salvartıgöl, Göygöl muxtar respublikanın əsas təbii göllərindəndir. Muxtar respublikada çaylar üzərində Heydər Əliyev Su Anbarı, Araz, Arpaçay, Bənəniyar, Nehrəm, Uzunoba və sair su anbarları yaradılmışdır.

        Mineral suları - Azərbaycanın mineral su ehtiyatının 60 %-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min km2-lik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. «Badamlı», «Sirab»,  «Vayxır», «Gülüstan» və «Narzan» mineral suları dünyada məşhurdur.       

“Badamlı”

Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.

“Sirab”

“Sirab”-“Borjomi” növlü məşhur müalicə-süfrə suyudur. Bu su karbonatlı, hidrokarbonat-natrium-kalsium, ümumi minerallığı 2,0-2,7 q/l tərkiblidir. «Sirab»da dəmir, brom və silsium turşuları, litium, stronsium aşkar edilmişdir. İstifadə olunan mənbələr əsasında xoşagəlimli dada malik «Sirab-12» müalicə-süfrə suyu doldurma zavodu fəaliyyət göstərir. Bu su mədə-bağırsaq və sidik ifrazı yollarının xəstəliyi, eləcə də maddələr mübadiləsinin pozulması zamanı qəbul olunur. Suyun mənbəyi tunc dövrünə aid «Daşqala» memarlıq kompleksi ilə məşhur olan Sirab kəndinin yaxınlığında yerləşir.

 “Vayxır”

 Vayxır Yesentuki növlü karbonatlı, duz-qələvili suların olduqca zəngin yatağı olub, Naxçıvan şəhərindən 17 km şimalda dəniz səviyyəsindən 1.400 m hündürlükdə yerləşir. Qazılmış quyuların gündəlik debiti 2 mln. litrdən çoxdur. Bu su karbonatlı, xlor-hidrokarbonat-natrium, ümumi minerallaşması 6,5 q/l tərkiblidir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, maddələr mübadiləsinin pozuntusu (şəkər diabeti, qastrit, diatez, oksalanturiya) zamanı istifadə edilir.

 “Darıdağ”

 Darıdağ - karbonatlı mərgümüşlü mineral suların təbiətdə az təsadüf edilən nadir mənbəyidir. Culfa şəhərindən 8 km şimalda yerləşmişdir. Kəşf olunmuş ehtiyatları 500 m3-dir. Yüksək minerallaşmaya malik (temperaturu- 52°S)-21 q/l, karbonatlı CO2 -1,5 q/l xlor-hidrokarbonat-natrium tərkiblidir. Tərkibində eyni zamanda xeyli dərəcədə bor, yod, brom, stronsium və litium vardır. Mədə-bağırsaq, oynaq xəstəlikləri zamanı içmək məsləhət görülür. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.

“Nəhəcir”

 Nəhəcir Naxçıvan şəhərinin şimal-şərqində yerləşən müalicəvi əhəmiyyətli kurort yeridir. Nəhəcir dağının yamaclarında yerləşmişdir. Kurort ehtiyatlarının əsasını karbonatlı (1,3 q/l azad karbonat), dəmir hidrokarbonat-natriumlu, minerallaşma dərəcəsi 6 q/l olan su mənbələri təşkil edir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi gözəl nəticələr verir.

 “Batabat”

 Batabat Naxçıvan şəhərindən 62 km şimal-şərqdə Kiçik Qafqazın yamaclarında, dəniz səviyyəsindən 1.700 m yüksəklikdə yerləşən müalicə əhəmiyyətli iqlim kurort zonasıdır.

İqlim subtropikdir, qarlı, mülayim qışı, quru, çox da isti olmayan yayı vardır. İqlim şəraitilə yanaşı (aerohelioterapiya əsas müalicə vasitəsi karbonatlı, hidrokarbonatlı, kalsium-natrium-maqnezium, minerallaşma dərəcəsi 0,5 q/l olan sulardır. Bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir. Mülayim iqlimi, şirin suyu olan göl, mənzərəli görkəmi və alp çəmənliklərinə məxsus zəngin bitki aləmi insan orqanizminə xoş təsir göstərir.

 “Gömur”

 Gömür - yüksək dağüstü iqlim stansiyasıdır. O, Naxçıvan şəhərinin 75 kilometrliyində dəniz səviyyəsindən 1.700 m yüksəklikdə yerləşir.

Burada karbonatlı duz-qələvi tərkibli olduqca zəngin mineral su yataqları aşkar edilmişdir. Bu yerin iqlimi mülayim-soyuqdur, qışı yumşaq, yayı sərin keçir.

Gömür istirahət zonası sinir sisteminin funksional xəstəlikləri, yorğunluq, mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün xüsusilə əlverişlidir.

             “Şərur”

 Şərur bulaqları Sədərək kəndinin cənub-qərbində, şosse yolunun yaxınlığında yerləşir. Bulaqların gücü (gündəlik debiti 1 mln. litrdən artıq), suyun karbonatlı hidrokarbonat-xlor-natriumlu və nadir mikrokomponentli kompleksli tərkibi burada müalicə kompleksinin tikilməsi üçün əsas verir.

Naxçıvan diyarının zəngin mineral suları dünya bazarlarında üstünlük qazanmaq imkanlarına malikdir.

        İqlimi - Naxçıvanın iqlimi kəskin kontinentaldır. Ordubad rayonu ərazisində quru subtropik iqlim tipinə rast gəlinir. Mütləq minimum temperatur -31 0S (Dərvişlər), mütləq maksimum temperatur 440S-dir (Culfa).

        Muxtar Respublikanın iqlimi 5 tipə ayrılır:

        1. Yayı quraq keçən mülayim-isti yarimsəhra və quru çöl iqlimi – Arazboyu düzənlikləri və qismən alçaq dağlıq sahələri (600-1100 m) əhatə edir. Burada orta illik temperatur 10-14oC, orta illik yağıntı 300 mm-dək, mümkün buxarlanma 1200-1400 mm-dir.

        2. Qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi – alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın aşağı hissəsini (1100-1600 m) əhatə edir. Orta illik temperatur 8-10oC, orta illik yağıntı 300-350 mm, mümkün buxarlanma 800-1100 mm-dir.

        3. Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi – orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın aşağı hissəsini (1600-2600 m) əhatə edir. Orta illik temperatur 6-10oC, orta illik yağıntı 400-800 mm arasında dəyişir.

        4. Yayı quraq və sərin keçən soyuq iqlim – yalnız Zəngəzur silsiləsinin cənub-qərb yamacında, yüksək dağlıq qurşağın mərkəz zolağında, 2600-3200 m yüksəklikdə yayilmışdır. Orta illik temperatur 1-3oC-dir.

        5. Dağlıq tundra iqlimi – ərazinin yüksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edir. Orta illik temperatur 3-8oC-dir.

        Ərazidə mütləq minimum temperatur -31oC (Dərvişlər), mütləq maksimum temperatur 44oC-dir (Culfa); bu eyni zamanda Azərbaycan Respublikası ərazisində ən alçaq və ən yüksək temperaturlardır.Küləyin orta illik sürəti 2/4 m/san-dir. İllik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir.

     

        Flora və faunası - Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikası ərazisinin 6,2 %-ni təşkil etdiyi halda, növ müxtəlifliyinə görə florası ölkə florasının 60 faizə yaxınını, faunası isə 56 faizini təşkil edir. Dünyada olan 11 iqlim qurşağından 7-nə Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 3000-ə yaxın bitki növü, 373 heyvan növü, 226 quş növü var. Muxtar respublikadakı Ordubad Dövlət Yasaqlığı, Həsən Əliyiev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu və Arazboyu Dövlət Təbiət Yasaqlığında nadir fauna və flora növləri qorunur.

        Naxçıvan Muxtar Respublikasının ərazisi zəngin flora və rəngarəng bitki örtüyünə malikdir. Muxtar Respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir. Bu regionda ali bitkilərin 2782 növünə rast gəlinir; onlar da 773 cins və 134 fəsilədə cəmlənmişdir. Bu növlərdən 68-i mədəni halda becərilir. Yabanı bitkilərin 123 fəsiləsi və 697 cinsi mövcuddur. Arazboyu düzənliklərdə 732 növ, orta dağlıqda 1326 növ, yüksək dağlıqda isə 640 növ floraya rast gəlinir. Muxtar Respublika ərazisində aşağıdakı bitki örtüyü və onun tipləri ayrılır: səhralar və yarımsəhralar; friqanoid və bozqır bitkiliyi; dağ çəmənləri və bozqırları; hündür otluq, subalp və Alp çəmənləri, Alp xalıları; meşələr, oazislər, çaykənarı meşəciklər; çöküntü və qaya bitkiliyi, su-bataqlıq bitkiliyi.

        Muxtar Respublikanın ərazisi təbii şəraitinə və heyvanlar aləminin zənginliyinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80%-ni təşkil edir. Muxtar Respublikanın heyvanlar aləmi 19-cu əsrin 2-ci yarısından başlayaraq tədqiq olunur. Alimlər Naxçıvan ərazisində 813 kəpənək növü, 134 növ sovka, 4 növ qulağagirən, 3 növ yüyürük, 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı, 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı qeydə alınmışdır.

        Muxtar Respublikanın çay və göllərində sümüklü balıqlar sinfinə daxil olan 29 növ balıq aşkara çıxarılmışdır.

Naxçıvan Muxtar Respublikasında suda-quruda yaşayanların 6 növü, sürünənlərin 19 növü var.  

       Azərbaycanda qeydə alınmış 366 növ quşun yarıdan çoxuna (218 növ) bu ərazidə rast gəlinir. Ərazidə məməlilərin 61 növü məlumdur. Muxtar Respublikada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü “Qırmızı kitab”a salınmışdır.