XALQ QƏHRƏMANI KOROĞLUNUN ABIDƏSI - Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltəraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.