|
Naxçıvan şəhəri
-
Naxçıvan Muxtar Respublikasının
paytaxtıdır. Ərazisi 191,82 kvadrat
kilometr, əhalisi 85,7 min nəfərdir
(01.08.2011). Naxçıvandan Bakıyadək
olan məsafə 536 kilometrdir.
Azərbaycanın ən qədim
şəhərlərindəndir.
Iri sənaye, elm və
mədəniyyət mərkəzi, mühüm dəmir yolu
və avtomobil nəqliyyatı qovşağında
yerləşir. Beynəlxalq Hava Limanı
vardır. 
Naxçıvan şəhəri Naxçıvan
düzündə, Naxçıvançayın sahilindədir.
Iqlimi kontinentaldır. Orta
temperatur yanvarda - 3,80C
, iyulda 26,90C, illik
yağıntı 236 mm-dir.
Naxçıvan
şəhərində Heydər Əliyev adına Hərbi
Lisey, 3 ali, 3 orta ixtisas, 19
ümumtəhsil məktəbi, Azərbaycan Milli
Elmlər Akademiyasının Naxçıvan
bölməsi, Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrı,
Kukla Teatrı, Uşaq Teatrı,
Filarmoniya, Rəsm Qalereyası, Ilham
Əliyev adına Olimpiya Idman
Kompleksi, Üzgüçülük Mərkəzi, «Dinamo»
Cəmiyyətinin Idman Kompleksi və
Stadionu, Şahmat Məktəbi, 7
məktəbdənkənar və 9 məktəbəqədər
tərbiyə müəssisələri, 8 kitabxana ,
4 klub müəssisəsi, 10 muzey, 6
musiqi məktəbi, Naxçıvan Turizm
Informasiya Mərkəzi, 3 mədəniyyət və
istirahət parkı, «Gənclik» Mərkəzi,
Diaqnostika Müalicə Mərkəzi, Doğum
Mərkəzi, 14 xəstəxana, dövlət
orqanları və digər xidmət
infrastruktur obyektləri vardır.
Şərur rayonu
-
08 avqust 1930-cu
ildə rayon kimi təşkil olunmuş,
1964-1991-ci illərdə Iliç rayonu
adlanmışdır. Şimal-şərqdə Ermənistan,
cənub-qərbdə Iranla həmsərhəddir.
Ərazisi 847,35 kvadrat kilometr,
əhalisi 106,6 min nəfərdir
(01.08.2011). Mərkəzi Şərur
şəhəridir. Rayonda 1 şəhər, 65 kənd
vardır.

Rayon ərazisi dağlıq və
maili düzənliklərdən ibarətdir. Yayı
quraq keçən soyuq yarımsəhra, quru
çöl və qışı quraq keçən soyuq iqlimi
vardır.
Rayon ərazisindən Araz,
Arpaçay çayları axır. Rayonda
Arpaçay Su Anbarı yerləşir. Əsasən
kənd təsərrüfatı rayonudur.
Rayonda 60 ümumtəhsil
məktəbi, peşə liseyi, 6
məktəbdənkənar, 2 məktəbəqədər
tərbiyə müəssisəsi, 60 kitabxana, 67
klub müəssisəsi, 1 muzey, Arpaçay
Tarix-Mədəniyyət qoruğu, 6 uşaq
musiqi məktəbi, «Bahar» kinoteatrı,
mərkəzi xəstəxana, 8 sahə
xəstəxanası, 20 həkim ambulatoriyası,
9 feldşer-mama məntəqəsi, 27 feldşer
məntəqəsi, Gigiyena və
Epidemiologiya Mərkəzi və s.
təşkilatlar vardır.
Babək rayonu
-
23 oktyabr
1978-ci ildə ümummilli lider Heydər
Əliyevin qərarı ilə rayon kimi
təşkil olunmuşdur. Şimal-qərbdə
Ermənistan, cənubda Iranla
həmsərhəddir. Ərazisi 749,81 kvadrat
kilometr, əhalisi 66,2 min nəfərdir
(01.08.2011). Mərkəzi Babək
qəsəbəsidir. Rayonda 1 qəsəbə, 39
kənd vardır. 
Rayon ərazisi Zəngəzur,
Dərələyəz dağ silsilələrinin
təpələri, Naxçıvan və Gülüstan
düzənliklərindən ibarətdir. Rayonun
ən yüksək zirvəsi Buzqov dağıdır
(2475 m). Yayı quraq keçən soyuq
yarımsəhra, quru çöl və qışı quraq
keçən soyuq iqlim tipinə malikdir.
Rayon mineral sularla
zəngindir. Sirab və Vayxır mineral
su bulaqları bütün dünyada məhşurdur.
Ərazisindən Araz, Naxçıvançay və
sair çaylar axır. Rayonda Uzunoba, Nehrəm,
Sirab, Cəhri, Qahab su anbarları və
suvarma kanalları vardır. Əsasən
kənd təsərrüfatı rayonudur.
Rayonda 38 ümumtəhsil
məktəbi, 6 məktəbdənkənar, 1
məktəbəqədər tərbiyə müəssisəsi, 41
kitabxana, 32 klub müəssisəsi, 2
muzey, 5 uşaq musiqi məktəbi,
mərkəzi xəstəxana, doğum evi, 2 sahə
xəstəxanası, 16 həkim ambulatoriyası,
14 feldşer-mama məntəqəsi, 4 feldşer
məntəqəsi, Gigiyena və
Epidemiologiya Mərkəzi və s.
təşkilatlar fəaliyyət göstərir.
Ordubad rayonu
-
8 avqust
1930-cu ildə rayon kimi təşkil
olunmuşdur. 4 yanvar 1963-cü ildə
rayon ləğv edilərək Culfa rayonunun
tərkibinə verilmiş, 6 yanvar 1965-ci
ildə yenidən təşkil edilmişdir.
Cənubda Iranla, şimal və şərqdə isə
Ermənistanla həmsərhəddir. Ərazisi
994,88 kvadrat kilometr, əhalisi
46,5 min nəfərdir (01.08.2011).
Mərkəzi Ordubad şəhəridir. Rayonda 1
şəhər, 3 qəsəbə, 43 kənd vardır. 
Rayon ərazisi Zəngəzur dağ
silsiləsi və Arazboyu düzənliklərdən
ibarətdir. Ən yüksək zirvəsi Qapıcıq
(3904 m) dağıdır. Yayı quraq və qışı
soyuq keçən iqlim tipi vardır.
Rayon ərazisindən Araz,
Ordubad, Vənənd və sair çaylar axır.
Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 39 ümumtəhsil
məktəbi, peşə məktəbi, 5
məktəbdənkənar, 2 məktəbəqədər
tərbiyə müəssisəsi, 47 kitabxana, 42
klub müəssisəsi, 3 muzey, məşhur «Gəmiqaya»
tarixi abidələr kompleksi, Həsən
Əliyev adına Milli Park, Ordubad
Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi
məktəbi, «Araz» kinoteatrı, mərkəzi
xəstəxana, 4 sahə xəstəxanası, 7
həkim ambulatoriyası, 17 feldşer-mama
məntəqəsi, 14 feldşer məntəqəsi,
Gigiyena və Epidemiologiya Mərkəzi
və başqa təşkilatlar əhaliyə xidmət
edir.
Culfa rayonu
-
8 avqust
1930-cu ildə rayon kimi təşkil
olunmuşdur. Şimal-şərqdə Ermənistan,
cənubda isə Iranla həmsərhəddir.
Ərazisi 1012,75 kvadrat kilometr,
əhalisi 43 min nəfərdir
(01.08.2011). Mərkəzi Culfa
şəhəridir. Rayonda 1 şəhər, 24 kənd
vardır. 
Rayon ərazisi Zəngəzur dağ
silsiləsi, Arazboyu və Culfa
düzənliklərindən ibarətdir. Ən
yüksək zirvəsi Dəmirlidağdır (3364
m). Darıdağ, Nəhəcir və sair mineral
sular çıxır. Yayı quraq isti, qışı
soyuq keçən iqlim tipi vardır.
Rayon ərazisindən Araz,
Əlincə və sair çaylar axır. Rayonda
Bənəniyar su anbarı yerləşir. Əsasən
kənd təsərrüfatı rayonudur.
Üzümçülük və heyvandarlıq inkişaf
etmişdir.
Məşhur «Əshabi-Kəhf
ziyarətgahı» dini mədəni abidələr
kompleksi, «Xanəgah» abidələr
kompleksi və «Gülüstan»
tarix-mədəniyyət qoruğu Culfa
rayonunda yerləşir.
Rayonda 27 ümumtəhsil
məktəbi, peşə məktəbi, 6
məktəbdənkənar, 2 məktəbəqədər
tərbiyə müəssisəsi, 30 kitabxana, 37
klub müəssisəsi, 1 muzey, 2 uşaq
musiqi məktəbi, «Əlincə» kinoteatrı,
mərkəzi xəstəxana, 1 sahə
xəstəxanası, 15 həkim ambulatoriyası,
8 feldşer-mama məntəqəsi, Gigiyena
və Epidemiologiya Mərkəzi və s.
təşkilatlar fəaliyyət göstərir.
Kəngərli rayonu
-
19 mart
2004-cü ildə rayon kimi təşkil
olunmuşdur. Cənub və cənub-qərbdə
Iran, şimal və şimal-şərqdə
Ermənistanla həmsərhəddir. Ərazisi
711,86 kvadrat kilometr, əhalisi
28,9 min nəfərdir (01.08.2011).
Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda
1 qəsəbə, 10 kənd vardır. 
Rayon ərazisi Dərələyəz dağ
silsiləsi və Kəngərli düzündən
ibarətdir. Ən yüksək zirvəsi
Keçəltəpə (2744 m) dağıdır.
Kontinental iqlim tipi hakimdir.
Rayon ərazisindən Lizbirt
və Cəhri çayları axır. Əsasən kənd
təsərrüfatı rayonudur.
Rayonda 12 ümumtəhsil
məktəbi, 4 məktəbdənkənar tərbiyə
müəssisəsi, 12 kitabxana, 13 klub
müəssisəsi, 1 muzey, 2 uşaq musiqi
məktəbi, mərkəzi xəstəxana, sahə
xəstəxanası, 4 həkim ambulatoriyası,
5 feldşer-mama məntəqəsi, Gigiyena
və Epidemiologiya Mərkəzi və s.
təşkilatlar vardır.
Şahbuz rayonu
-
8 avqust
1930-cu ildə rayon kimi təşkil
olunmuşdur. 4 yanvar 1963-cü ildə
ləğv edilərək Naxçıvan (indiki Babək
rayonu) rayonuna verilmiş, 6 yanvar
1965-ci ildə yenidən təşkil
olunmuşdur. Şimal və şərqdə
Ermənistanla həmsərhəddir. Ərazisi
838,04 kvadrat kilometr, əhalisi
23,4 min nəfərdir (01.08.2011).
Mərkəzi Şahbuz şəhəridir. Rayonda 1
şəhər, 1 qəsəbə, 23 kənd vardır.
Rayon ərazisinin böyük
hissəsi Zəngəzur və Dərələyəz dağ
silsilələrinin yamaclarında yerləşir.
Ən yüksək zirvəsi Salvartı (3160 m)
dağıdır. Yayı quraq keçən soyuq
iqlim tipinə malikdir.
Rayon ərazisində
Naxçıvançay və onun qolları (Kükü,
Şahbuz, Salvartı) axır. Rayonda Heydər
Əliyev Su Anbarı,
Qanlıgöl və Batabat gölləri vardır.
Əsasən kənd təsərrüfatı rayonudur.
Arıçılıq və heyvandarlıq inkişaf
etmişdir.
Rayonda 23 ümumtəhsil
məktəbi, 6 məktəbdənkənar, 1
məktəbəqədər tərbiyə müəssisəsi, 29
kitabxana, 26 klub müəssisəsi, 1
muzey, Şahbuz Dövlət Təbiət Qoruğu,
2 uşaq musiqi məktəbi, «Araz»
kinoteatrı, mərkəzi xəstəxana, 2
sahə xəstəxanası, 10 həkim
ambulatoriyası, 11 feldşer-mama
məntəqəsi, 1 feldşer məntəqəsi,
Gigiyena və Epidemiologiya Mərkəzi
və başqa təşkilatlar əhaliyə xidmət
edir.
Sədərək rayonu
-
28 avqust
1990-cı ildə rayon kimi təşkil
olunmuşdur. Cənub-qərbdən Türkiyə
ilə, şimal-qərbdən Ermənistanla
həmsərhəddir. Ərazisi 153,49 kvadrat
kilometr, əhalisi 14,5 min nəfərdir
(01.08.2011). Mərkəzi Heydərabad
qəsəbəsidir. Rayonda 1 qəsəbə, 3
kənd vardır.

Rayon ərazisi dağlıq və
düzənliklərdən ibarətdir. Dəhnə və
Vəlidağ yüksəklikləri vardır.
Rayon ərazisindən Araz,
Qaraçay və Çapan çayları axır.
Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 3 ümumtəhsil
məktəbi, 4 məktəbdənkənar, 1
məktəbəqədər tərbiyə müəssisəsi, 5
kitabxana, 4 klub müəssisəsi, 1
muzey, 1 uşaq musiqi məktəbi,
mərkəzi xəstəxana, 1 həkim
ambulatoriyası, 1 feldşer-mama
məntəqəsi, Gigiyena və
Epidemiologiya Mərkəzi və s.
təşkilatlar vardır.
|