left Heydər Əliyev Muzeyi right
 
 
left right
left Menyu right
 
 
left right
    Az     En     Ru

Linklər

Əlaqə

 

ORTA İXTİSAS MƏKTƏBLƏRİ
 

       Naxçıvan Tibb Kolleci - 1931-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaradılmışdır. 5 ixtisas üzrə tibb kadrları (müalicə işi, əczaçılıq işi, tibb bacısı işi, mamalıq işi, ortopedik stomatologiya) hazırlayır. 2016-ci ilədək Naxçıvan Tibb Kollecini 8131 mütəxəssis bitirmişdir. 2008-ci ildə məktəbin binası əsaslı təmir olunmuşdur. Naxçıvan Tibb Kollecində 746 tələbənin təlim-tərbiyəsi ilə 140 müəllim məşğul olur.

         Naxçıvan Musiqi Kolleci - 1975-ci ildə Naxçıvan şəhərində orta-ixtisas musiqi məktəbi kimi yaradılmışdır.1992-ci ildən məktəb Musiqi Texnikumu adı ilə fəaliyyət göstərib. 2005-ci il sentyabrın 9-dan orta-ixtisas məktəbi Naxçıvan Musiqi Kolleci adlanır. Orta ixtisas məktəbində fortepiano,orkestr rəhbəri,xalq çalğı alətləri,musiqi nəzəriyyəsi,xor dirijoru,xanəndəlik,vokal sənəti,musiqi müəllimliyi,kitabxana-informasiya təminatı,xoreoqrafiya sənəti,aşıq sənəti ixtisasları üzrə kadrlar hazırlanır. Fəaliyyət göstərdiyi müddətdə 3000-ə yaxın ixtisaslı musiqi kadrları yetişdirmişdir.

         Haliyədə kollecdə 562 tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur. 

         2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi keçirilmişdir.  

         Naxçıvan Dövlət Texniki Kolleci - 1925-ci ildə yaradılmışdır.1972-ci ildə indiki Babək rayonunun Şıxmahmud kənd toxumçuluq təsərrüfatı ilə birləşdirilərək sovxoz-texnikum adlandırılmış və Şıxmahmud kəndinə köçürülmüşdür. Akademiklər Həsən Əliyev, Həsən Abdullayev, professorlar Yunis Səfərov, Hacı Hacıyev, Paşa Zamanov, Sovet Ittifaqı Qəhrəmanı Qəzənfər Əkbərov, Sosialist Əməyi qəhrəmanları Məmməd Əsgərov, Narı Quliyeva orta ixtisas məktəbinin məzunlarındandır. Hal-hazırda kollecdə 6 ixtisas (yol hərəkətinin təşkili, nəqliyyatda daşımaların təşkili, baytarlıq, mühasibat uçotu, nəqliyyat vasitələrinin texniki istismarı,bank işi) var. 37 müəllimin fəaliyyət göstərdiyi kollecin əyani şöbəsində 358, qiyabi şöbəsində 71 tələbə təhsil alır (2016). Təhsil müəsissəsi 2002-ci ildən Naxçıvan Dövlət Texniki Kolleci adlanır.

         Heydər Əliyev adına Hərbi Lisey - Ixtisaslaşmış hərbi təmayyüllü məktəb Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı kimi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Naxçıvan filialının bazasında müstəqil hərbi lisey yaradılmış və ona ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Məktəb yeni avadanlıqlarla təmin olunmuş müasir tipli hərbi təhsil ocağıdır. 4,5 hektar sahəni əhatə edən lisey 750 nəfərlik tədris və yataq korpuslarından, qərargah binası, yeməkxana,  xəstəxana, idman zalı və təlim meydançalarından ibarətdir. Tədris korpusunda fizika, kimya laboratoriyaları, kompyuter otaqları, müxtəlif fənn kabinələri və kitabxana fəaliyyət göstərir. Liseydə təhsil müddəti 3 ildir və pulsuzdur. Ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabrın 13-də və 2002-ci il iyunun 17-də hərbi liseydə şəxsi heyətlə görüşmüş, geniş nitq söyləmiş, zabit və kursanrtlara dəyərli tövsiyələr vermişdir.