Naxçıvan şəhəri-Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,57 kvadratkilometr, əhalisi 91,1 min nəfərdir (01.01.2016-ci il). Naxçıvan şəhərində 1 qəsəbə və 5 kənd vardır. Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. Azərbaycanın ən qədim şəhərlərindəndir.  

         İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmir yolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır.  

 Naxçıvan şəhəri Naxçıvan düzündə, Naxçıvançayın sahilindədir. Iqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80C , iyulda 26,90C, illik yağıntı 236 mm-dir.  

         Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 19 ümumtəhsil məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla Teatrı, Uşaq Teatrı, Filarmoniya, Rəsm Qalereyası, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, źDinamo╗ Cəmiyyətinin İdman Kompleksi və Stadionu, Şahmat Məktəbi, 7 məktəbdənkənar və 9 məktəbəqədər tərbiyə müəssisələri, 8 kitabxana , 4 klub müəssisəsi, 10 muzey, 6 musiqi məktəbi, Naxçıvan Turizm İnformasiya Mərkəzi, Naxçıvanşünaslıq Mərkəzi, 3 mədəniyyət və istirahət parkı, źGənclik╗ Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, 14 xəstəxana, dövlət orqanları və digər xidmət infrastruktur obyektləri vardır.