Kəngərli  rayonu - 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə Iran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 704,89 kvadrat kilometr, əhalisi 31,4 min nəfərdir (01.01.2016). Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 10 kənd vardır.  

         Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Kontinental iqlim tipi hakimdir.   

         Rayon ərazisindən Lizbirt və Cəhri çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.  

         Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.