|
|
Rəsmi
adı:
|
Naxçıvan Muxtar
Respublikası |
|
Yarandığı tarix: |
9 fevral 1924-cü il |
|
Paytaxtı: |
Naxçıvan şəhəri |
|
Ərazisi: |
5363
km2 |
|
Dövlət dili:
|
Azərbaycan dili |
|
Pul vahidi: |
Manat |
|
Əhalisi
(1000 nəfərlə): |
400,0
(10.09.2009-ci il) |
|
Milli tərkibi: |
99,1% azərbaycanlı |
|
1 km2
düşən əhali (nəfərlə): |
75 |
|
Kənd əhalisi (min
nəfər): |
282,663 |
|
Şəhər əhalisi (min
nəfər):
|
117,337 |
Paytaxt
Naxçıvan şəhərindən və 7
inzibati rayondan - Şərur,
Babək, Ordubad, Culfa,
Kəngərli, Şahbuz, Sədərək
təşkil olunub. 5 şəhəri (Naxçıvan,
Ordubad, Culfa, Şərur və
Şahbuz), 8 qəsəbəsi, 207
kəndi vardır.
Naxçıvan Muxtar Respublikası
ümummilli lider Heydər
Əliyevin sədrliyi ilə yeni Konstitusiya komissiyası
tərəfindən hazırlanmış,
1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul
olunmuş Azərbaycan
Respublikası Konstitusiyası
ilə Azərbaycan
Respublikasının tərkibində
muxtar dövlət statusu alıb.
Ali qanunverici hakimiyyət
orqanı Naxçıvan Muxtar
Respublikası Ali Məclisidir
(45 deputatdan ibarətdir).
Azərbaycan Respublikası
Konstitusiyası
və
Naxçıvan Muxtar Respublikası Konstitusiyasına
görə
muxtar respublika Ali
Məclisinin Sədri Naxçıvan
Muxtar Respublikasının ali
vəzifəli şəxsidir.
Icra hakimiyyətini Nazirlər
Kabineti, məhkəmə
hakimiyyətini isə muxtar
respublikanın məhkəmələri
həyata keçirirlər.
Ulu öndər Heydər Əliyevin
sədrliyi ilə keçirilən
muxtar respublika
parlamentinin 1990-cı il 17
noyabr tarixli sessiyasında
muxtar respublikanın rəsmi
adından «Sovet Sosialist»
sözləri çıxarılmış,
qanunverici hakimiyyət
orqanının adı dəyişilərək
Ali Məclis qoyulmuş, ilk
dəfə olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin (1918-1920)
üçrəngli bayrağı Naxçıvan
Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul
olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ermənistan (sərhəd xəttinin
uzunluğu 246 km), Türkiyə
(11 km) və Iranla (204 km)
həmsərhəddir.
Moskva (1921-ci il, 16 mart)
və
Qars
(1921-ci il, 13
oktyabr) müqavilələri
imzalanarkən 6 min kvadrat
kilometrdən artıq ərazisi
olan Naxçıvan Muxtar
Respublikasının torpaqları
əsassız ərazi iddiası irəli
sürən Ermənistan tərəfindən
Moskvadakı güclü erməni
lobbisinin himayəsi ilə,
qanunsuz şəkildə və
hissə-hissə ilhaq olunaraq
(1924,1928, fevral 1929, may
1969) 5,3 min kvadrat
kilometrə endirilmişdir.
Azərbaycana qarşı ədalətsiz
müharibəyə başlayan
Ermənistan Respublikası
tərəfindən 1991-ci ildən tam
iqtisadi blokadaya alınan
Naxçıvan Muxtar Respublikası
Sədərək rayonunun Kərki
kəndi 1990-cı il yanvarın
19-da ermənilər tərəfindən
işğal olunmuşdur. Müharibə
nəticəsində muxtar
respublikadakı bir qəsəbə və
3 kəndin əhalisi ata-baba
yurdundan didərgin düşmüşdür. |