left Heydər Əliyev Muzeyi right
 
 
left right
left Menyu right
 
 
left right
    Az     En     Ru

Linklər

Əlaqə

 

DƏRMAN OTLARI
 

       Naxçıvan Muxtar Respublikasının əlverişli relyef şəraiti, özünəməxsus torpaq-iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu burada zəngin floraya malik bitki örtüyü formalaşdırmışdır. Ərazidə 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərin yayıldığı məlum  olmuşdur. Bu, Azərbaycan florası növlərinin 65,8%-ni təşkil edir. Ərazidə 27 faydalı bitki qrupları: yem, bal verən, qida, aşı maddəli, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, lifli, dərman, efir yağlı, qlükozidli, alkaloidli, vitaminli, kosmetik və sair faydalı bitki qrupları mövcuddur. Hazırda ərazi florasında 750-800-ə qədər elmi təbabətdə və xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri vardır. Onlardan 150-si müxtəlif illərdə Dövlət Farmakopeyasına daxil edilmiş rəsmi dərman bitkiləridir. Regionda geniş yayılmış, sənaye əhəmiyyətli, təbii ehtiyatı bol olan dərman bitkiləri çoxdur. Onlara adi boymadərən, təpəlik kəklikotu, adi dazıotu, adi qaraqınıq, qatlı solmazçiçək, aptek gücotu, hündür andız, hündür qantəpər, quş qızılcığı, ürək damotu,  tarla qatırquyruğu, dərman şahtərəsi, gürcü boyaqotu, adi üzərrik, yarpaqsız öldürgən, çöl nanəsi və sair  daxildir.

Laləvər (Tritillaria) Lalə (Papaver) Qıjı (Seterax)
Rapin itburnusu (Rosa rapina) Zəngçiçəyi (Cumpanula) Kəklikotu (Thymus)